AZ

Zeynəb Xanlarova: "Şuşada olduğum üçün xoşbəxtəm"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Xalq artisti Zeynəb Xanlarova Şuşada "Xarıbülbül" Beynəlxalq Musiqi festivalında iştirak edib.

Teleqraf.com xəbər verir ki, Zeynəb Xanlarova Real TV ilə təəssüratlarını bölüşüb: "Şuşa bizim canımızdır. Şuşa haqqında nəsə deməyə söz bəs etmir. Şuşa üçün əlimdən nə gəlirsə, bir az oxuyuram. Şuşada olduğum üçün xoşbəxtəm. Xoşbəxtəm ki, bu çayı, çəməni, meşəni görürəm.

Bu müqəddəs torpaq uğrunda həyatlarını qurban verən insanlar üçün rəhmət oxumaq istəyirəm. Mən səhnədə ifa edəndə gözümün qabağına onları gətirdim. Allah onlara rəhmət eləsin.

Cənab Prezident İlham Əliyevi o qədər sevirəm ki...Mən o qədər prezidentlər görmüşəm ki...Açığını deyim ki, bizim əziz Prezidentimiz İlham Əliyev olmasaydı, bəlkə də necə var idiksə, elə də qalacaqdıq. Bu mənim ürəyimdən gələn sözlərdir. Cənab Prezidentin özü də, həyat yoldaşı da, qızı da, oğlu da ailəvi olaraq, bu xalq üçün yaşayırlar. Yaxşının qədrini bilmək lazımdır.

Cənab Prezident İlham Əliyevə mənim canım qurban! Onu çox istəmişəm, istəyəcəyəm də... Prezidentin atasını-Heydər Əliyevi də çox istəmişəm, indi də istəyirəm",- deyə Xalq artisti bildirib.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
154
3
1

1Mənbələr

Şərh ()
Bağla