AZ

Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO

Bakının Nizami rayonu, Bəhruz Nuriyev 40 ünvanında bir ay əvvəl salınmış məhəllədə ağacların əksəriyyəti susuzluqdan quruyub, yaşıllıqların çoxu məhv olub.
 
Moderator.az xəbər verir ki, bu barədə jurnalist Elmir Muradov sosial şəbəkə hesabında yazıb.
 
Onun sözlərinə görə, ərazidə yaşıllığa nəzarət edən bağban olmadığına görə yaşıllıq məhv olur.
 
"Bura Nizami rayonu Bəhruz Nuriyev 40 ünvanında bir ay əvvəl salınmış məhlədir. Məhləyə Yaşıllaşdırma İdarəsindən bağban təyin edilmədiyi üçün ağacların əksəriyyəti susuzluqdan quruyub, yaşıllıqların çoxu məhv olub. Bir sözlə, dövlətin pulu yenə kimlərsə tərəfindən havaya sovrulmaqdadır. 500 manat birinə maaş verməyin dərdindən 100 min manatdan çox pul xərclənmiş yeni salınan məhlə bax belə məhv edilir, heç bir aidiyyəti qurumun da vecinə deyil", - deyə jurnalist qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
1
moderator.az

1Mənbələr