AZ

Ali Koç yenidən prezidentliyə namizəd olduğunu açıqladı

"Fənərbağça"nın hazırki prezidenti Ali Koç yenidən prezidentliyə namizəd olduğunu açıqlayıb.

BAKU.WS bu barədə Türkiyə mediaına istinadən xəbər verir.

Koç açıqlamasında deyib:

"Klubumuzun parlaq gələcəyə nail olması üçün başladığımız mübarizə əzmlə davam etməlidir.Bundan sonrakı addımlarda türk futbolunun içində olduğu bataqlığa və mütəşəkkil şərlərə qarşı camiə olaraq kollektiv şəkildə mübarizə aparmalıyıq.Bununla bağlı ictimaiyyətin nəzərinə çatdırmaq istərdim ki, gələn həftə klubumuz tərəfindən dəqiq tarixi açıqlanacaq ümumi yığıncağımızda namizəd olmağa qərar vermişəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
baku.ws

1Mənbələr