AZ

"Araz-Naxçıvan" daha da yaxşı olmağı lazımdır" - Elmar Baxşıyev

style='margin-bottom:10px;'>

"Hər iki komandanın ifasında maraqlı oyun izlədik. Futbolçular meydanın hər zonası uğrunda mübarizə apardılar. Artıq neçənci oyundur ki, qol epizodları yaradır, amma realizə edə bilmirik. Əvəzində sadə vəziyyətdən qapımızda qol görürük".

QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 34-cü turunda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Dəyişilməli çox şey var, lakin komandanın özəyini də saxlamalıyıq. Qarşıda iki oyunumuz qalıb, həmin matçları düşünməliyik" - deyə o bildirib.

Mütəxəssis rəqibin istəksiz olduğu fikri ilə razı olmadığnı vurğulayıb: "Onlar da oyun zamanı meydanın hər qarışı uğrunda mübarizə apardılar. Epizodları niyə dəyərləndirə bilmədik? Bu ayrı mövzudur. Bəzən futbolçudan konsentrasiya, bəzən isə soyuqqanlı davranmaq tələb olunur. "Araz-Naxçıvan" Premyer Liqada yenidir, daha da yaxşı olmağı lazımdır"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
5
teleqraf.com

6Mənbələr