AZ

Azərbaycan klubunda şok gedişat - Mükafat verilmir, rəhbər "yoxa çıxıb"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Mövsümün surpriz komandası, sözsüz ki, “Sumqayıt”dır.

Samir Abasovun kollektivi arxada qalan 33 turda bütün proqnozların əksinə olaraq aktivinə 51 xal yığaraq 4-cü pillədə qərarlaşıb.

Sona 3 tur qalmış “Kimyaçılar”ı ikinci sıradan cəmi 1 xal ayırır.

Sumqayıt təmsilçisi tarixində ilk dəfə mövsümü gümüş medalla başa vura bilər.

Məşqçilər korpusu və futbolçular bütün fikirlərini bu istiqamətə cəm edib.

Bəs rəhbərlik?

Rəsmilər barədə bunu demək olmaz. Hər halda, klub daxilindən aldığımız son məlumatlar belə düşünməyə ciddi əsas verir.

“Kəpəz”lə ötən tur Tovuzda bərabərliklə bitən matçdan sonra Riad Rəfiyevi “gördüm” - deyən yoxdur.

Adətən komandasının bir məşqini belə buraxmayan klub prezidenti mövsümün ən həssas dönəmində yoxa çıxıb.

Onun ölkə xaricində olduğu da bizə sızan məlumatların arasındadır. Adətən belə gündə rəhbər şəxs klubun içində olar, kollektivə tək olmadıqlarını göstərər, amma onun sədası Dubaydan gəlir.

Hər şey rəhbərin yoxluğu ilə bitsəydi nə vardı...

Başsız qalan futbolçuları narahat edən digər əsas məqam isə alın təri ilə qazandıqları nəticələrin qarşılığını görməmələridir.

Ya mükafatlar hissə-hissə verilir, ya da heç verilmir.

Məsələn, “Qarabağ” üzərində qazanılan parlaq qələbədə olduğu kimi.

Ağdam təmsilçisindən əldə olunan önəmli 3 xaldan iki həftədən artıq vaxt ötüb, amma futbolçular hələ də haqq etdikləri mükafatı görməyiblər. Söhbət adam başına düşəcək 4 min manatdan gedir.

Adətən finalları mükafatlar həll edir.

“Sumqayıt” komandasını da qarşıda 3 final əhəmiyyətində matç gözləyir.

Belə vacib anda klub prezidenti gözdən itib. Təbii ki, belədə “Zirə”, “Sabah”, “Neftçi” kimi rəqiblərlə mübarizədə önə çıxmaq sumqayıtlılar üçün asan olmayacaq.

SPORTİNFO.AZ

Seçilən
114
1

1Mənbələr

Şərh ()
Bağla