AZ

Azərbaycanlı futbolçudan 1-ci Liqaya vida

Azərbaycanlı futbolçuların çıxış etdiyi Türkiyə 1-ci Liqasında son turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, Bəxtiyar Həsənalızadənin çıxış etdiyi “Tuzlaspor” aşağı dəstəyə yuvarlanıb.

Bəxtiyarın komandası son turda “Gənclərbirliyi” ilə heç-heçə oynayıb. Həsənalızadənin forma geyinmədiyi qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hesabında 38 xal olan “Tuzlaspor” “Şanlıurfaspor”la eyni göstəriciyə malik olsa da, top fərqinə görə rəqibindən geri qalıb.

Qeyd edək ki, Şanlıurfa klubu Sertan Taşkının forma geyindiyi “Manisa”ya 2:0 hesabı ilə qalib gəlib. Azərbaycanlı futbolu 75-ci dəqiqədə meydana daxil olub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
2
idman.biz

4Mənbələr