AZ

Mahsun Kırmızıgülün serialında bu məşhurlar da rol alacaq - FOTO

Yeni mövsümdə yayımlayacağı deyilən və iddialı seriallardan biri olan "Güzel Atlar Diyarı"nın heyətinə iki yeni aktyor daxil olub.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

"Güzel Atlar Diyarı" üçün hazırlıqlar sürətlə davam edir. "Kanal D"də yayımlanacaq serial Kapadokyada çəkiləcək.

Serialın ilk iki bölümünə Mahsun Kırmızıgül rejissorluq edəcək.

Ötən aylarda yeni sezona təxirə salınan serialın tanınmış aktyorları Halil Ergün, Meltem Cumbul, Berkan Şal və Melis Birkandır.

İyulun sonunda ekranlara çıxacaq serialın sentyabrda yayımlanması planlaşdırılır. Serialın güclü heyətinə iki məşhur sima daxil olub. "Hudutsuz Sevda" serialında "Levent" obrazını canlandıran Özgür Emre Yıldırım "Güzel Aşklar Diyarı" ilə müqavilə imzalayıb.

Uğurlu aktyor maraqla gözlənilən serialda "Cihangir" obrazını canlandıracaq.

Hazırda Cengiz Karabəkirin "Paranoya" filmində rol alan Ege Kökenli də bu serialla razılaşıb.  Aktrisa serialın önəmli personajlarından olan "Hanzadə"yə həyat verəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
baku.ws

2Mənbələr