AZ

Moykaya düşən avtobusun sürücüsü miqrant olub...

...Qeyd edək ki, SİA bunu dünən də yazmışdı. Belə ki, dünənSankt-Peterburqda yaşanan hadisəni də ruslar təbii ki, kiminsə adına yazmalıydılar.

Budur, Sankt-Peterburqda ölümlə nəticələnən qəza törədən avtobus sürücüsünün kimliyi ilə bağlı yeni təfərrüatlar məlum olub.

SİA xəbər verir ki, REN TV-nin mənbəyə istinadən verdiyi məlumata görə, Rəhmətşoh Kurbonov 2024-cü il fevralın 10-dan martın 31-dək miqrantların qanunsuz qeydiyyatı ilə məşğul olub.

Mənbənin sözlərinə görə, Şimal paytaxtının sakini azı 10 nəfəri qeydiyyata alıb. Mənbə iddia edir ki, sənədlərdə o, “qəbul edən tərəf” kimi görünür.

Məlumatda qeyd olunur ki, polis artıq faktla bağlı araşdırma aparır.

Xatırladaq ki, avtobusun Moykaya düşməsi nəticəsində 7 nəfər həlak olub. Qəza mayın 10-da baş verib. Sərnişinləri olan avtobus əvvəlcə ortaq avtomobillə toqquşub, daha sonra bənd hasarını aşıb və çaya düşüb.

Bu gün məlum olub ki, İstintaq Komitəsi avtobus sürücüsünün Rusiya vətəndaşlığını almasının qanuniliyini yoxlayacaq.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
sia.az

1Mənbələr