AZ

“Qalatasaray” derbidə üç zəfəri birdən qeyd etmək istəyir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Mövsümlük abunə biletləri 4 dəqiqəyə tükəndi!

Türkiyə çempionatında gərgin çempionluq mübarizəsi yavaş-yavaş kuliminasiya nöqtəsinə çatmaq üzrədi. Turnirin xal rekordunu qıraraq 35-ci turu 96 xalla tamamlayan “Qalatasaray” son 3 tura ən yaxın rəqibi “Fənərbaxça”dan 6 xal öndə daxil olur. Son 3 turun hər birində bütün oyunlar eyni vaxtda başlayacaq. “Qalatasaray” həftəsonu “Fatih Karagümrük”ün qonağı olacaqsa, “Fənərbaxça” “Kayserispor”u qəbul edəcək. Yəni çempionluğun taleyi artıq bu tur həll oluna bilər. Bunun üçün “Fənərbaxça” “Qalatasaray”dan daha zəif nəticə göstərməlidi. Bu baş verəcəyi təqdirdə “Cim-Bom” sona 2 tur qalmış 24-cü çempionluğu qazanacaq. Əks təqdirdə, yəni komandalar turu eyni xalla bitirəcəyi və ya “Fənərbaxça” “Qalatasaray”dan daha yaxşı nəticə əldə edəcəyi təqdirdə çempionluğun taleyi gələn həftəyə qalacaq.

Gələn tur isə məlum olduğu kimi, derbi var. “Qalatasaray” “Fənərbaxça”nı qəbul edəcək. “Sarı-qırmızılar”ın indidən həmin oyunla bağlı böyük planları var. “Fənər” bu tur xal itirsə və “Cim-Bom” derbiyə çempion statusu ilə çıxsa, “Rams Park”da oyundan sonra 3 zəfər birdən qeyd olunacaq. “Qalatasaray” hələ də “Fənərbaxça”nın U-19 komandasının meydandan çəkilməsi ilə qazanılan superkuboku Türkiyə Futbol Federasiyasından qəbul etməyib. Bundan başqa, “Qalatasaray”ın qadınlardan ibarət futbol komandası da ötən həftə tarixində ilk çempionluğunu qazanıb. Ona görə də mayın 19-da İstanbul nəhəngi əzəli rəqiblə oyuna çempion kimi çıxsa, federasiyadan hər üç titulun staidona gətirilməsini tələb ediləcək. Bununla da “Qalatasaray” əzəli rəqibə üzərində böyük bir psixoloji üstünlük yaxalamaq niyyətindədi. Üstəlik həmin derbidə “Qalatasaray” qələbə də qazansa, bu, camiə üçün əlavə bonus olacaq. Amma az öncə qeyd etdiyimiz kimi, bunların baş verməsi üçün ilk növbədə bu həftə “Fənərbaxça” büdrəməlidi. “Qalatasaray” çempionluğu gələn tur “Fənər”lə derbidə rəsmiləşdirəcəyi təqdirdə isə təlimatlara uyğun olaraq oyundan sonra komandaya titul təqdim olunmayacaq.

Yeri gəlmişkən, “Qalatasaray”la bağlı bir maraqlı xəbəri də diqqətinizə çatdıraq. Komanda dünən yeni mövsüm üçün abunə biletlərin satışa çıxarıldığını bəyan etdi. Saat 14.00-da biletlərin satışının başlanacağı açıqlandı. Amma satışı həyata keçirən sayt saat 14.00 olan kimi çökdü! Birdən-birə minlərlə insan giriş etdiyi üçün saytın işində problem yarandı. Fanatlar bununla bağlı narazılıqlarını dilə gətirməyə hazırlaşarkən daha bir şok yaşadılar. 14.04-də həmin saytda biletlərin tükəndiyi yazıldı!

Seçilən
95
1

1Mənbələr

Şərh ()
Bağla