AZ

Braziliya millisi Amerika Kubokuna topladığı heyəti bəyan etdi

Braziliya Futbol Konfederasiyası (CBF) iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək Amerika Kubokuna milli komandanın heyətini açıqlayıb.

Arena.az Braziliya millisinin heyətini təqdim edir:

Qapıçılar: Bento (“Atletiko Paranaense”), Ederson Moraes (“Mançester Siti”), Alison Beker (“Liverpul”);

Müdafiəçilər: Danilo (“Yuventus”), Yan Koutu (“Jirona”), Gilyerme Arana (“Atletiko Mineyro”), Vendell (“Portu”), Lukas Beraldo (PSJ), Eder Militao (“Real”), Qabriel Maqalyans (“Arsenal”), Markinyos (PSJ);

Yarımmüdafiəçilər: Andreas Pereyra (“Fulhem”), Joao Qomes (“Vulverhempton”), Bruno Gimarayns (“Nyukasl”), Duqlas Luis (“Aston Villa”), Lukas Paketa (“Vest Hem”);

Hücumçular: Endrik (“Palmeyras”), Evanilson (“Portu”), Rodriqo Qoes (“Real”), Qabriel Martinelli (“Arsenal”), Rafinya (“Barselona”), Savio (“Jirona”), Vinisius Junior (“Real”).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
arena.az

1Mənbələr