AZ

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Azərbaycan

Bakı, 11 may, AZƏRTAC

“Turnirə yaxşı hazırlaşmışdım. Məqsədim lisenziya qazanmaq idi. Şükür ki, məqsədimə çatdım”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov deyib.

60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı "Paris-2024" Yay Olimpiya Oyunlarında iki əsas rəqibinin olduğunu bildirib: "Bunlar Qırğızıstan və Yaponiya güləşçiləridir. Üç aya yaxın bir vaxt var. Bu müddət ərzində həm taktiki, həm texniki baxımdan çalışacağam və onlara da qalib gələcəyəm. Hazırkı çəkimdə özümü yaxşı hiss edirəm. Daha əvvəl 66 kiloqramda mübarizə aparırdım. İlk dəfə idi çəki salırdım. Bədənim və beynim rahat idi".

Qeyd edək ki, Murad Məmmədovla yanaşı, Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti də (130 kiloqram) Olimpiya lisenziyası əldə ediblər. Bununla da Azərbaycanın “Paris-2024”ə əldə etdiyi lisenziyaların sayı 23-ə çatıb.

Seçilən
201
50
1

1Mənbələr

Şərh ()
Bağla