AZ

Belçika Liqasında fanatlar komandanı oyuna buraxmadılar

Beçika Liqasında “Standard” və “Vesterlo” arasında keçirilməli olan oyun qeyri-adı hadisə səbəbindən təxirə salınıb.

Arena.az bu barədə “Standard”ın rəsmi saytına istinadən məlumat verir.

Belçika Liqasında Konfrans Liqasına vəsiqə üçün ələmə mərhələsinin “Standard” – “Vesterlo” oyunu azarkeşlərin meydan sahiblərinin oyuna getməsinə mane olması səbəbindən təxirə salınıb.

“Komandamızı stadiona buraxmamaq qərarına gəlmiş bəzi azarkeşlər tərəfindən məşq mərkəzimizdə maneə törədildiyinə görə, klubumuz bu cümə axşamı “Vesterlo” ilə planlaşdırılmış oyunda iştirak edə bilməyib.

Azarkeşlərlə danışıqlara cəhdlər saxlanılmanın aradan qaldırılması ilə bağlı qərara gətirib çıxarmayıb.

“Standard” bu vəziyyətdən dərin təəssüflənir. “Vesterlo”dan, eləcə də bu axşam stadionda olan hər iki klubun azarkeşlərindən üzr istəyirik” – klubun açıqlamasında deyilir.

Mətbuatda yayılan xəbərlərə görə, azarkeşlər klubun satışa çıxarılmasından narazıdırlar. Onlar məhz bu səbəbdən belə qeyri-adi tədbirə əl atıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
arena.az

1Mənbələr