AZ

Komi Respublikasında yataqxana uçub

Komi Respublikasının Peçora şəhərində beşmərtəbəli kərpicdən tikilmiş bina, rusların dediyinə görə,..qismən uçub. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə şənbə günü, mayın 11-də günorta saatlarında Peçora prospekti, ev 69 ünvanında qeydə alınıb.

Hadisə yerində yanğınsöndürmə və xilasedicilər işləyir. Mütəxəssislər dağıntının səbəbini müəyyənləşdirirlər.

İlkin məlumatlara görə, uçma nəticəsində ölən olmayıb.

Ruslar fövqəladə hadisə yerindən foto dərc edib. Fotoda binadakı divarın bir hissəsinin birinci mərtəbədən beşinci mərtəbəyə qədər uçduğu görünür.

“PECHORA Today|Komi” Telegram kanalının məlumatına görə, binada yataqxana yerləşirmiş.

Bu arada, bəzi məlumatlara görə, evin dağılmış hissəsində yaşayış olmayıb.

Yerli sakinlərin sözlərinə görə, onlar yataqxananın vəziyyətindən dəfələrlə şikayət ediblər, amma...

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
sia.az

1Mənbələr