AZ

Samuxun ən ucqar kəndi olan Eldarda yaşayan əhali üçün səyyar tibbi aksiya təşkil olunub

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Samux Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Samux rayonunun ən ucqar kəndi olan Eldarda yaşayan əhali üçün səyyar tibbi aksiya keçirilib.

 

Aztibb.az-a Samux RMX-dan bildirilib ki, icbari tibbi sığorta hesabına baş tutan aksiyanın keçirilməsində məqsəd TƏBİB-in və icbari tibbi sığortanın yaratdığı imkanlar çərçivəsində təqdim olunan xidmətlərlə bağlı əhalinin müayinəsi və maarifləndirmə işlərinin aparılması olub.

 

Aksiya çərçivəsində tibb müəssisəsinin müxtəlif ixtisaslı (kardioloq, ginekoloq, terapevt, pediatr, radioloq) həkimləri tərəfindən kənd sakinlərinə ambulator tibbi xidmət göstərilib.

 

Kənd sakinləri onlara göstərilən tibbi xidmətin səviyyəsindən razı qaldıqlarını bildiriblər.

Seçilən
129
1

1Mənbələr

Şərh ()
Bağla