AZ

Kroos Mbappeyə görə "Real"ı tərk edə bilər

"Real"ın yarımmüdafiəçisi Toni Kroos klubunu tərk edə bilər.

Apasport.az xəbər verir ki, bu barədə jurnalist Ramon Alvarez de Mon sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, alman futbolçu "Real Madrid"də oynamağa davam etməli olduğuna əmin deyil. Kroosun komandada əsas oyunçu rolunu itirməkdən qorxduğu bildirilir.

Bundan əlavə, yarımmüdafiəçinin qərarına Kilian Mbappenin gəlişi təsir göstərə bilər. 

Bu mövsüm 34 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 44 matçda iştirak edib, 1 qol vurub və 8 məhsuldar ötürmə edib. Kroosun "Real Madrid"lə müqaviləsi 2024-cü ilin iyununun sonunda başa çatır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
apasport.az

10Mənbələr