AZ

Azərbaycan Dohada Beynəlxalq Kitab Sərgisində təmsil olunur - FOTO

Mayın 8-da Qətərin paytaxtı Dohada Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Qətərdəki səfirliyimizin dəstəyi ilə ölkəmiz sərgidəstendlə təmsil olunur.

Tehsil.biz xəbər verir ki, əldə olunan qarşılıqlı razılığa əsasən Doha Beynəlxalq Kitab Sərgisində ölkəmiz 18 m2 ödənişsiz əsaslarla stend sahəsi və lazımi avadanlıqlarla təmin olunub.

Beynəlxalq Kitab sərgisində Azərbaycan 101 adda 200 yaxın kitabla təmsil olunur.

Nüfuzuna, iştirakçı və ziyarətçi sayına görə fərqlənən Doha Beynəlxalq Kitab sərgisində Azərbaycan nəşrlərinin və oxu mədəniyyətinin təbliğ edilməsi mühüm əhəmiyyət kəsb edir.

Milli stendimizdə nümayəndə heyəti tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi barədə sərgi iştirakçılarına və ziyarətçilərə geniş məlumat verilir. Sərginin ilk günü stendimizi İndoneziya, Rusiya və İran səfirlikləri və nümayəndə heyətləri ziyarət edib. 

Doha kitab sərgisinin ilk açılışı 1972-ci ildə Dar Al Kütub Al Qətəriyyənin təşəbbüsü ilə keçirilmişdir. İki ildən bir keçirilən sərgi 2002-ci ildən etibarən hər il keçirilməyə başlamışdır. Sərgi dünyanın ən böyük və ən mühüm nəşriyyatlarını özünə cəlb etməyi bacardıqdan sonra beynəlxalq şöhrət qazanmışdır. İlk sərgidə 20-dən çox nəşriyyat iştirak etmişdir.

29.000 m2 sahədə 34 ölkə üzrə 340 nəşriyyatın qatıldığı Beynəlxalq Kitab Sərgisi mayın 18-nə qədər davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
tehsil.biz

1Mənbələr