AZ

Tino Kosta karyerasını başa vurdu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Monpelye"nin və "Valensiya"nın sabiq yarımmüdafiəçisi Tino Kosta karyerasını başa vurub.

90deqiqe.Az xəbər verir ki,  son iş yeri Fransanın ikinci liqasında "PAU" klubu olan mərkəz yarımmüdafiəçi 39 yaşında peşəkar futbolla vidalaşıb.

Bu mövsüm yarımmüdafiəçi komandanın heyətində 5 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Kosta 2013-2016-cı illərdə "Spartak"da çıxış edib. O, Moskva klubunda 33 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.

Kosta həmçinin "French Racing", "Sete" və "Montpelyer", İspaniyanın "Valensiya" və "Almeriya", İtaliyanın "Cenoa" və "Fiorentina", Argentina "San Lorenzo", "San Martin" və "Deportivo Moron", eləcə də Kolumbiyanın “Atletiko Nasional” klublarında çıxış edib.

2011-2012-ci illərdə Kosta Argentina millisində iki oyun keçirib.



Seçilən
134
39
1

1Mənbələr

Şərh ()
Bağla