AZ

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Şirvanda

Şirvan, 11 may, Aydın Yavərzadə, AZƏRTAC

Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Heydər Əliyev: Azərbaycanın memarı” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb. Tədbir iştirakçıları Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açılıb, Heydər Əliyevin xilaskarlıq missiyasından, dünyaşöhrətli siyasətçinin zəngin siyasi, dövlətçilik və mənəvi irsindən danışılıb. Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən “Azərbaycanın memarı” filmi nümayiş olunub.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Sən elə bir zirvəsən”, “Ən yaxşı təqdimat” müsabiqələrində III yerin qalibləri və təhsildə fərqlənən bir qrup şagird fəxri fərmanlarla təltif olunub.

Daha sonra konsert proqramı təqdim edilib və tədbir atəşfəşanlıqla sona çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
azertag.az

1Mənbələr