AZ

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Praqa, 11 may, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə ölkəmizin Çex Respublikasındakı səfirliyində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin rəsmi hissəsində çıxış edən səfir Adış Məmmədov Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən danışıb. Tarixdə liderlik arzusu ilə yaşayanların, liderlik etməyə cəhd göstərənlərin çox olduğunu, lakin məhz böyük fenomenal şəxsiyyətlərin həqiqi liderlik missiyasını axıra qədər daşıya bildiklərini vurğulayan səfir Ulu Öndər Heydər Əliyevin belə bir fenomenal şəxsiyyət olduğunu, müstəqil Azərbaycanın memarı kimi ölkəmizin dövlətçilik tarixində xüsusi yer tutduğunu diqqətə çatdırıb.

O, zəngin dövlətçilik təcrübəsi və böyük Vətən sevgisi olan Heydər Əliyevin müstəqil Azərbaycanın memarı olduğunu bildirib, ölkəmizin təkcə beynəlxalq münasibətlər sistemində tutduğu layiqli yerə görə deyil, o cümlədən tolerant və multikultural dəyərlərə görə də Ulu Öndərə borclu olduğunu bildirib. Səfir Ümummilli Liderin siyasi hakimiyyətə qayıdarkən dövlətin ən çətin anlarında, ölkənin parçalanmaq təhlükəsində olduğu bir zaman Azərbaycanı öz siyasi müdrikliyi və dövlətçilik zəkası sayəsində xilas edərək, beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri olan, inkişaf etmiş ölkəyə çevirdiyini vurğulayıb.

O bildirib ki, Ulu Öndərin ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə apardığı müqəddəs iş bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu Öndərin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoymaq və ölkəmizin ərazi bütövlüyünü, suverenliyini təmin etmək kimi ən müqəddəs arzularının da məhz onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən reallığa çevrildiyini bildirən A.Məmmədov xalqımızın bundan sonra da vaxtilə Heydər Əliyevin arzuları, ideyaları olan neçə-neçə qələbənin şahidi olacağına əmiliyini ifadə edib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Tədbir çay masası ətrafında Ulu Öndərin irsi ilə bağlı aparılan fikir mübadilələri ilə davam edib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Seçilən
67
1

1Mənbələr

Şərh ()
Bağla