AZ

“Başqa yollarla irəli gedib heç kimin torbasını tikməmişəm, kişi kimi işləmişəm”-FOTO+ÖZƏL

“İstərdim ki, tarixdə bir iz qoyum. Nəinki Azərbaycan filmlərində, seriallarında, imkan olsaydı Türkiyə, Rusiya, İtaliya Ammerikada da çəkilmək istərdim. Ümid edirəm ki, bu arzuma çatacam. Xarici aktyorların sənəti, yaşayış tərzi ilə maraqlanıram”
 
Bunu Moderator.az -a açıqlamasında Akademik Rus Dram Teatrının aktyoru İbrahim Çingiz deyib. O daha sonra əlavə edib.
 
“Mən neçə illərdir bu sahədəyəm, heç vaxt başqa yollarla irəli getməmişəm. Kişi kimi, bacardığım işlə məşğul olmuşam. Heç kimin torbasını tikməmişəm. Rejissora deməmişəm ki, filankəs pisdir mən yaxşıyam, məni çək. Bundan sonra da bu yollara addımlamaq istəyirəm. Bu yolda nə alınacaqsa bu da mənim irsim üçün qalacaq. Məndən sonra kimlər gəlsə, onlar da görəcəklər ki, insan öz gücünə, vicdanla, şərəflə uğur qazana bilir. Başqa işlərlə yox! Hər bir işlərlə məşğul olub, sənətlə məşğul olmayıb, uğur gözləmək mümkün deyil” deyə o bildirib.
İbrahim Çingiz bildirib ki, ölkəmizdə hər janrda filmin çəkilməsi normaldır.
 
“Mən buna bir başqa cür yanaşıram. Hərənin öz seçimi var. Filmə axşam baxanda yutubdan istədiyin janrı seçib baxırsan. Evdə olanda, dostlarla olanda tam başqa bir film seçirsən. Seçimin var. Bizdə də hər bir janr, format olmalıdır. Qoy hamısından çox olsun ki, sən də seçim edə biləsən. Xarici filmlərə üz tutmayasan. Nə qədər çox olsa, film və serallar nə qədər çox çəkilsə, keyfiyyətli işlər ortaya çıxacaq. Belə olan halda da sağlam rəqabət və seçim yaranır. Bu hər birimiz üçün maraqlı olacaq” deyə aktyor bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
moderator.az

1Mənbələr