AZ

Şirkətinin 2 milyon borcuna görə Nəvai Bəkirov axtarışa verildi

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənnilərdən ibarət "HammAli & Navai" qrupunun üzvü Nəvai Bəkirovun başına iş gəlib.

Bizim.Media xəbər verir ki, məhkəmə icraçıları tərəfindən Nəvainin "Scar Trading" MMC şirkəti 2 milyon rubldan (təxminən 37 min manat) çox borca görə axtarışa verilib.

Bəkirov iki il əvvəl şirkətin ortaq sahibi olub, lakin sənədlərə görə, demək olar ki, mümkün olan hər şeylə (tikintidən, kitab və içkilərin satışına qədər) məşğul olan şirkətin işi yaxşı getməyib.

Keçən il şirkət 617 min (təxminən 11 min manat) zərər çəkib, əlavə olaraq külli miqdarda borcu da yaranıb. Onların bəziləri inzibati xətalara görə cərimələrdir.

Məsələ ilə bağlı Nəvai bildirib ki, tətilini keçirdiyi Dubaydan qayıdandan dərhal sonra bütün borclarını ödəyəcək.

Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
153
1
bizim.media

2Mənbələr