AZ

Şuşanın işğalına dair yeni mətləblər açıldı...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Image

Azər Həsrət: “Ölkə içindəki hakimiyyət davası Şuşanın yiyəsiz qalmasına səbəb idi”

“Şuşa yiyəsiz qalmışdı və Şuşanın düşmənə təhvil verilməsi Xalq Cəbhəsinə hakimiyyətə gəlmək üçün yol açdı”. 

Bu sözləri Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.

Maraqlıdır, Azərbaycanın mədəniyyət incisi sayılan Şuşanı kim yiyəsiz qoymuşdu, niyə müdafiəsiz qalmışdı? Ümumiyyətlə, Şuşanın yiyəsizliyi nə vaxtdan başladı?

“Kreslo, hakimiyyət davası torpaqların itirilməsinə səbəb oldu, Azərbaycanın namusu, incisi sayılan Şuşa yiyəsizlikdən işğal olundu”

Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a açıqlamasında bildirdi ki, o həmin dövrün hadisələrinin şahidi sayılır: “Şuşa ilə bağlı vəziyyət belə idi ki, Azərbaycan hakimiyyəti o zaman kifayət qədər laxladılmışdı. Prezident Ayaz Mütəllibov istefaya məcbur edildi, lakin Şuşanın işğalı ərəfəsində o yenidən prezident kürsüsünə oturmağa cəhd göstərdi və AXCP buna dirəniş göstərdi. Ölkə içindəki hakimiyyət davası zirvəyə yüksəldi və bu vəziyyətdən də ermənilər maksimum şəkildə istifadə etdilər. Həqiqətən də Şuşa yiyəsiz qalmışdı. Tək Şuşa deyil, Qarabağ yiyəsiz idi. Hərc-mərclik o həddə idi ki, döyüşçülər mövqelərini ataraq geri çəkilirdi. Belə bir şəraitdə Şuşanın yiyəsiz qalması təbii idi. Kreslo, hakimiyyət davası torpaqların itirilməsinə səbəb oldu, Azərbaycanın namusu, incisi sayılan Şuşa yiyəsizlikdən işğal olundu. Prezident bu məsələni təkrar-təkrar diqqətə çatdırmaqla ictimai rəyə xəbər ötürür ki, ölkə daxilində sabitlik olmazsa biz çox böyük itkilərə məruz qalacağıq. Azərbaycanın ən böyük qazancı ölkə daxilindəki sabitlikdir. Məhz bunun hesabına 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdik. Sabitliyi qorumalıyıq ki, gələcəkdə xoşagəlməz hadisə yaşanmasın”.

Günel CƏLİLOVA






Seçilən
23
1

1Mənbələr

Şərh ()
Bağla