AZ

Bu iki ölkə Qərbi zəiflədən dünya qurur: həmin sistemdə dövlətlər...

ABN AMRO bankının xarici ticarət strategiyaları üzrə keçmiş direktoru, iqtisad elmləri namizədi Toni Norfild Rusiya və Çinin daha ədalətli dünya sistemi yaratmağa çalışdığı qənaətindədir. Bu isə öz növbəsinə Qərbin rolunun zəifləməsinə gətirib çıxarır.

Publika.az xəbər verir ki, iqtisadçı bu fikirləri “Dialogue Works” yutub kanalına müsahibəsi zamanı səsləndirib.

"Böyük şəkil ondan ibarətdir ki, onlar əslində alternativ dünya yaradırlar", - o bildirib.

Norfild qeyd edib ki, bu sistemdə dövlətlər əməkdaşlıq edə və bir-birinə hörmətlə yanaşacaqlar: “Bu da Qərbin gücünün zəifləməsi deməkdir”.

Analitik vurğulayıb ki, bu prosesdə Moskva və Pekin Qərb ölkələrini mütləq özlərinə düşmən kimi qəbul etmirlər - onları yalnız çoxqütblü dünya narahat edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
publika.az

1Mənbələr