AZ

Konfrans Liqasının finalının məkanı dəyişdirilir - Gözlənilməz vəziyyət

UEFA Konfrans Liqasının finalının yeri dəyişdirilə bilər.

Publika.az xəbər verir ki, həlledici qarşılaşma əvvəlcədən planlaşdırıldığı kimi Yunanıstanda deyil, Macarıstana keçirilə bilər. Bu barədə NS-INFO məlumat yayıb.

Turnirin final oyununun Afinadakı "Ayasofya" stadionunda keçirilməsi planlaşdırılır. Yerli hüquq-mühafizə orqanları Yunanıstanda qeyri-sabit siyasi vəziyyətə görə azarkeşlərin təhlükəsizliyinə təminat verə bilmir. Bu səbəbdən avrokubokların finalı Budapeştə, "Puşkas Arena"da keçirilə bilər.

Qeyd edək ki, Konfrans Liqasının finalı - "Olimpiakos" - "Fiorentina" matçı mayın 29-u Bakı vaxtı ilə saat 23:00-a təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
4
publika.az

6Mənbələr