AZ

"Neftçi"nin futbolçuları özlərini yeni gələcək baş məşqçiyə göstərmək üçün…

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Miodraq Bojoviçin «Neftçi»ni tərk etməsinə az qalıb.

Uzaqbaşı, mayın sonunda Azərbaycanla birdəfəlik vidalaşacaq.

Gözlənti və ya ehtimal deyil bu, həqiqətdir. Görəcəksiz, mövsüm başa çatan kimi onun da istefa xəbərini alacağıq.

Bunu tək biz eşitməmişik. «Neftçi»nin futbolçuları da deyilənlərdən, danışılanlardan xəbərdardır. Yeni baş məşqçi kim olacaq, bu, onlara da maraqlıdır.

Rəhbərliyin o istiqamətdə çalışdığını, axtarışları sürətləndirdirdiyini, müxtəlif namizədlərlə danışıqlar apardığını təxmin edirlər.

Bunu bilməyə nə var, bıçaq sümüyə dirənib. Nə futbolçular, nə də azarkeşlər monteneqrolunu istəyir.

Ötən 5 ayda Bojoviçi yaxından tanımaq imkanları oldu, gördülər ki, o da işbilməzin biridir.

«Neftçi»nin «Kəpəz»lə qarşılaşmasında altı qol qeydə alındı. Ev sahibləri mövsümdə ilk dəfə 5 qol vurdu və ikinci yerə iddiasını saxladı.

Vaxt bir az da qalsaydı, yenə 1-2 dəfə fərqlənərdilər.

Qələbə aclığından irəli gələn bir hal saymayaq 5:1-i. «Neftçi»nin futbolçuları özlərini yeni gələcək baş məşqçiyə göstərmək, azarkeşin onlara olan hirsini soyutmaq üçün dəridən-qabıqdan çıxdı.

Ki, sabah üz-üzə gələndə «biz əlimizdən gələni edirik» desinlər.

KAMİL

Seçilən
105
1
1

1Mənbələr

Şərh ()
Bağla