AZ

Ermənistanda hərbçi ölümü: Cinayət işi məhkəməyə göndərildi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ermənistanda əsgər ölümü ilə bağölı istintaq bitib.

Yenisabah.az xəbər verir ki, hadisə 2023-cü il oktyabrın 9-da baş verib.

İstintaqda məlum olub ki, hərbi qulluqçu G.E. başqa hərbçiyə taxılmış AKMN avtomatını götürərək Narek Nazaryana tərəf yönəldib. Bununla əlaqədar onların arasında münaqişə yaranıb və bu zaman G.E. atəş açaraq Nazaryana başından güllə yarası yetirib. Sonuncu aldığı xəsarətlərdən hərbi hospitala aparılarkən yolda dünyasını dəyişib.

G.E. Ermənistan Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunub. O, həbsdədir.

İş materialları ittiham aktı ilə birlikdə məhkəməyə göndərilib.


Telegram kanalımız
Seçilən
70
1

1Mənbələr

Şərh ()
Bağla