AZ

Yaponiya 2 milyard dollar dəyərində COVID-19 peyvəndini məhv edəcək

Yaponiya hökuməti pandemiyanın aktiv fazası zamanı alınmış, ümumi dəyəri təxminən 1,93 milyard dollar olan, istifadə olunmamış koronavirus dərmanlarının təxminən 77%-ni məhv etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumata görə, Yaponiya pandemiya zamanı 5,6 milyon insana vaksin alıb, 4,3 milyona yaxın insanın vaksinləri isə hazırda istifadə olunmur.

Qeyd edilib ki, əvvəllər ölkə hakimiyyəti COVID-19 vaksininin 240 milyon dozasını məhv edib.
Bundan əvvəl fransız alimləri koronavirus pandemiyasının ilk dalğası zamanı hidroksiklorokin qəbul etməsi səbəbindən təxminən 16,9 min insanın ölə biləcəyini müəyyən etmişdilər.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
1
bizim.media

2Mənbələr