AZ

Nəhayət, bu bürclərin də üzü güləcək

Astroloqlar 12 bürc arasında nəhayət üzü güləcək bürclərin adlarını açıqlayıb. Ancaq bir məqam da var ki, bu xoşbəxtlik onları müəyyən yaş dövründən sonra tapacaq.

Yenisabah.az həmin bürcləri təqdim edir:

Buğa 40 yaşından sonra sevgidə kifayət qədər şanslı görünür. 40 yaşına qədər Buğanın dərin istəkləri üzə çıxa bilər. O, qeyri-rəsmi münasibətlərində böyük irəliləyişlər yaşaya bilər.

Tərəzilər, ümumiyyətlə, tərəfdaşlarının hiss və istəklərinə qarşı həssas davranır. Onlar münasibətlərdə tələbkar və dominantdırlar. 40 yaşından sonra bu mənada hər şey bir az dəyişəcək kimi görünür. Bu yaşdan sonra Tərəzi bürcü insanlarının sevgidə şansı yaxşılaşmağa doğru gedəcək.

Dolça bürcünün 40 yaşından sonra ruh yoldaşını tapmaq şansı yüksək görünür. Dolça bürcü bu adamı tapdıqda, dərin bir əlaqə qurub xoşbəxtliyə nail olacaq.

Aytac Şahin


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
3
yenisabah.az

4Mənbələr