AZ

Millimizin legioneri mövsümün son matçında qol vurdu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Niderland birinci divizionunda mövsümün sonuncu – 38-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də sonuncu matçına çıxıb.

Sözügedən kollektiv evdə “Den Boş”la qarşılaşıb. Futbolçumuzun komandası bu matçda inamlı qələbəyə sevinib – 2:0.

Ozan da bu görüşün iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb, 88-ci dəqiqədə isə komandasının ikinci qolunu vurub.

“Eyndhoven” mövsümü 43 xalla 14-cü pillədə başa vurub.

Seçilən
76
4
1

1Mənbələr

Şərh ()
Bağla