AZ

Küveyt əmiri parlamenti buraxıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Küveyt əmiri Şeyx Mişal əl-Əhməd əl-Cabir əs-Sabah Milli Assambleyanın buraxıldığını və konstitusiyanın bəzi maddələrinin fəaliyyətinin dayandırıldığını elan edib. Bu barədə “Arab News”ə istinadən “Anadolu” xəbər verir.

Yaxın Şərq mediası da parlamentin buraxılması qərarının ölkədəki siyasi gərginliyə görə verildiyini yazır. 

Qərb mediası əmirin sözlərindən sitat gətirir: “Küveyt son vaxtlar çətin dövrlərdən keçib və bu, ölkəni xilas etmək və onun ali maraqlarını qorumaq üçün çətin qərar qəbul etməkdə tərəddüd və ya gecikməyə yer qoymur”.

Milli Assambleyanın səlahiyyətlərini müvəqqəti olaraq əmirin özü və nazirlər kabineti öz üzərinə götürəcək.

Regional media qeyd edib ki, aprel seçkilərindən bəri parlamentlə yeni baş nazir Əhməd əl-Abdullah əl-Sabah arasında yaranan gərginlik hökumətin qurulmasını dayandırıb.

 

P.ƏMİRCANOV

XQ

Seçilən
78
1

1Mənbələr

Şərh ()
Bağla