AZ

Enerji verən içki yoxdur: Sürücülər isə ən təsirli üsul kimi belə içkiləri seçir

Avtomobil sürərkən yuxulu halda, çoxları enerji içkiləri ilə oyaq qalmağa çalışır, lakin kofein və şəkərin yüksək konsentrasiyası bu içkiləri təhlükəli edir.


Aztibb.az “Life” portalına istinadən xəbər verir ki, həkim Tatyana Romanenko yuxuya qarşı qəhvə və ya çayla mübarizə aparmağı tövsiyə edir.


“Bir az sərin su, həmçinin çay və ya qəhvə yorğunluğun öhdəsindən gəlməyə və oyanmağa kömək edir. Ən azı qısa müddətlik də olsa yorğun beyniniz üçün əlavə enerji mənbəyi rolunu oynayacaq”, - həkim müsahibəsində izah edib.


Mütəxəssis həmçinin tərkibində kofein olan şokolad və tərkibində qlükoza olduğuna görə meyvələr yeməyi tövsiyə edib. Onun sözlərinə görə, orqanizm özünü udma prosesi ilə oyanır. Bununla belə, mütəxəssis dayanmağı və qısa bir yuxu almağı, 15 dəqiqəlik istirahətlə yuxululuğa qalib gəlməyi ən yaxşı yolu hesab edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
aztibb.az

1Mənbələr