AZ

Türkiyə BMT-nin Fələstinlə bağlı qətnaməsini alqışlayır

Türkiyə Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən Fələstinin Təhlükəsizlik Şurasına (BMT TŞ) üzvlüyünə yenidən baxılmasını və müşahidəçi statusuna malik Fələstinə bəzi əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsinin qəbul edilməsini alqışlayır. Məlumatı “Anadolu” verib. 

“Biz BMT Baş Assambleyasının Fələstinin BMT-nin işində daha böyük hüquq və imtiyazlarla iştirakına imkan verəcək qətnaməsini alqışlayırıq”, - nazirliyin yazılı açıqlamasında deyilir.

“Bu qətnamə beynəlxalq ictimaiyyətin böyük əksəriyyətinin Fələstin xalqının öz dövləti və iki dövlətli həll hüququna güclü dəstəyini bir daha nümayiş etdirdi”. Bəyanatda beynəlxalq ictimaiyyət “Fələstin dövlətini tanımağa” çağırılır.

Qeyd edək ki, BMT Baş Assambleyası BMT Təhlükəsizlik Şurasının Fələstinin BMT-dəki üzvlüyünə yenidən baxmasını və ona müşahidəçi statusu və əlavə hüquqlar verilməsini tələb edən qətnamə layihəsinin qəbuluna səs verib. Türkiyə də daxil olmaqla 80-ə yaxın ölkənin təqdim etdiyi qətnamə layihəsi BMT Baş Assambleyasının 193 üzvünün lehinə 143 səslə qəbul edilib. Eyni zamanda, 25 ölkə bitərəf qalıb, 9 ölkə, o cümlədən ABŞ, Argentina, Papua Yeni Qvineya, Çexiya və Macarıstan “əleyhinə” səs verib.

 

P.ƏMİRCANOV

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
xalqqazeti.az

1Mənbələr