AZ

Ulduz futbolçu dəhşətli qəzaya DÜŞDÜ: Qardaşı vəfat etdi - FOTO

Nigeriya millisinin və Amsterdamın "Ayaks" klubunun sabiq futbolçusu Ticani Babanqida ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə uğrayıb.

Musavat.com oxu.az-a istinadən bildirir ki, hadisə Nigeriyada baş verib. Qəza nəticəsində Ticani Babanqidanın qardaşı, həm də keçmiş futbolçu olan İbrahim Babanqida vəfat edib. Hollandiyanın "Volendam" klubu mərhumun ailəsinə başsağlığı verib.

Qeyd olunub ki, Ticani Babanqidanın vəziyyəti ağırdır. Qəza nəticəsində onun həyat yoldaşı və qulluqçusu da ağır yaralanıblar.

Xatırladaq ki, Ticani Babanqidanın 50 yaşı var. O,  1996-cı ilin Olimpiya çempionudur. T.Babanqida "Ayaks"ın tərkibində Niderland çempionu və iki dəfə ölkə kubokunun qalibi, "Gençlerbirliği" ilə Türkiyə kubokunun qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
9
musavat.com

10Mənbələr