AZ

Şirvan sakinlərinin şikayətləri dinlənilmir?

Şirvan şəhərinin bir çox ərazilərində yaşayış binalarının altında yerləşən iaşə obyektlərinin pilləkənləri səkiləri zəbt edib.

XALQ.AZ xəbər verir ki.şəhərin mərkəzi küçələrində bu problemə daha çox rast gəlinir. Şəhər sakinlər deyirlər ki, bəzi səkilərdə addım atmağa yer olmadığı üçün avtomobil yoluna çıxmağa məcbur qalırlar. Vətəndaşlar iddia edirlər ki, həmin ərazilərdə qəzaların tez-tez baş verməsinin səbəblərindən biri də budur. Bəs, bu vəziyyətə görə kim məsuliyyət daşıyır?

Şirvan sakinlərinin bidlirdiyinə görə icra hakimiyyətinin başçısı İlqar Abbasov bəzi sahibkarlarla sövdələşməyə girərək   yaşayış binalarında olan zirzəmilərdə ortaq obyektlər açdırır.

Qeyd edək ki, Şirvan Şəhər icra hakimiyyəti ilə əlaqə saxlanılsada heç bir açıqlama verilmədi.

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
1
xalq.az

2Mənbələr