AZ

Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb

Bu ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana 934 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı ixrac olunub.

“Report” Türkiyə İxracatçıları Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 5,1 % azdır.

Həmçinin 2024-cü ilin aprel ayında Türkiyədən ölkəmizə 125 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 70,3 % azalma deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
6
report.az

7Mənbələr