AZ

Eltun Süleymanov: “ Azad Şuşamız öz sakinlərini qoynuna alır”



“Bu gün isə Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük.” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı deyib.
Ulu öndər Heydər Əliyevin 101-ci doğum günündə Şuşada iki bayramı qeyd edən sakinlərin gözlərindəki sevinc duyğuları, cənab prezident İlham Əliyevin məğrur duruşu, qürur hissi ilə sakinlərə təbrik nitqi bir daha göstərdi ki, bu xalqın taleyinə yazılmış qəhrəmanlıq, mübarizlik əbədidir. Öz rəhbərinin ətrafında sıx birləşərək bütün çətinlikləri mərdi-mərdanə dəf edən Azərbaycan xalqı, heç vaxt inamını itirməyən şuşalılar 32 ildən sonra qovuşduqları doğma yurd-yuvanın gözəlliklərini doya-doya seyr edirdilər. Ölkə başçısı öz nitqində onları 32 il bundan əvvəlki çətin, ağrılı günlərə qaytarır, bu illlər ərzində keçilmiş yolların çətinliyini, aparılan mübarizənin xarakterini dilə gətirirdi: “Uzun illər mən prezident kimi çalışırdım ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun və mənim fəaliyyətim göz qabağındadır, onlarla, bəlkə də yüzlərlə görüşlər keçirilmişdir, danışıqlar aparılmışdır. Amma heç bir nəticə olmamışdır. Nə üçün?! Çünki Ermənistan, bir daha demək istəyirəm, bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Onların arxasında duran, guya ki, vasitəçilik edən ölkələr isə bu işğalı əbədi etmək istəyirdilər.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, cənab Prezident İlham Əliyev çıxışında bir daha 44 günlük müharibədə Azərbaycanın rəşadətli ordusunun qəhrəmanlıq dastanı yazdığını, müharibəyə qədər həyata keçirilən islahatların, həyata keçirilən siyasətin ancaq və ancaq qələbəyə gedən yolun təmin edilməsinə yönəldiyini qeyd edərək demişdir: “Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”
“Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik”-deyə bildirən cənab İlham Əliyev bildirdi ki, bu əməliyyat nəticəsində Azərbaycan xalqı öz dövlət müstəqilliyini və suverenliyini bir daha qətiyyətlə təsdiq etmiş oldu.

Qələbədən sonra dövlətimizin əsas qayəsinin Qarabağı və Şərqi Zəngəzuru dirçəltmək, bu əziz, müqəddəs vətən torpağına yeni nəfəs vermək olduğunu bildirən rəhbərimiz dedi: “Bu gün isə Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir. Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar.”

Eltun Süleymanov daha sonra bildirdi ki, “Ulu öndərin 101-ci doğum günündə öz yurd-yuvalarına qayıdan sakinlərə yeni evlərinin açarlarını təqdim edən cənab İlham Əliyev eyni zamanda bizim haqq işimizə kölgə salmağa çalışanlara da öz mesajlarını çatdırdı: “Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik.”



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
230
4
aia.az

5Mənbələr