AZ

"İstəyirik ki, autizmli insanlar tibbi sığortadan istifadə edə bilsinlər" - JALƏ ƏHMƏDOVA

"Müzakirənin mövzusu autizm və onun problemləridir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Autizm Assosiasiyasının prezidenti Jalə Əhmədova deyib.

Onun sözlərinə görə, İDDO psixoloji sağlamlıq proqramının təqdimatıdır: "Proqramın mahiyyəti bu sahədə olan boşluqları tənzimləmək, vahid bir protokol tərtib etmək və vahid mərkəzdən bu səhədə olan boşluqların idarə olunmasıdır. Bu gün tədbirdə dövlət qurumları iştirak edirlər. Onların da bizə tövsiyələri, təklifləri önəmlidir. Bu günkü panel müzakirədə əldə olunan nəticədən sonra biz bunu qanunvericilik təşəbbüsü ilə təklif etmək istəyirik ki, İDDO proqramı Səhiyyə Nazirliyi tərəfindən qəbul olunsun. Sonrakı addımlar da ondan irəli gələcək.

Biz istəyirik ki, autizmli insanların hüquqları qanunvericiliklə tənzimlənsin. Çünki qanunvericilikdə öz əksini tapmadığı üçün sosial, tibbi sığortadan da həmin şəxslər istifadə edə bilmirlər. Bu kimi məsələləri bu gün müzakirə etməyə çalışacağıq.

Qanunvericilikdə əksini tapsa, icbari sığortaya bu paketi əlavə edə bilsək, o zaman tibbi sığortadan istifadə edə biləcəklər. Bu, bizim səlahiyyətimizdə olan məsələ deyil. Biz sadəcə təşəbbüslə çıxış edirik. Çünki autizm spektri getdikcə artmaqdadır. Bizim təqdim edəcəyimiz İDDO proqramının əsas məqsədi ondan ibarətdir ki, biz yaranan nəticə ilə yox, yaranmaması ilə məşğul olaq ki, sağlam genefondumuz, sağlam gənclik formalaşsın. Sonra da bu nəticələrlə qarşılaşmayaq. Dəqiq statistikamız yoxdur deyə, bu günkü təqdimatda nəzərdə tutmuşuq ki, əgər bütün mərkəzlər, Səhiyyə Nazirliyi bu proqramı tətbiq etməyə başlasalar, əlimizdə o zaman dəqiq statistikamız olacaq. Proqram özündə onu da ehtiva edir ki, autizm spektrli insanla hansı müalicələr görülür, bu günə qədər hansı proqram üzrə müalicə tətbiq olunub onu bilək. Kompleks şəkildə müalicə olunmalıdır. Proqramımızı beynəlxalq təcrübələrə əsaslanıb yaratmışıq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
sia.az

2Mənbələr