AZ

İsrail rəsmisi BMT kürsüsündə elə bir hərəkət etdi ki… - Video

İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Baş Assambleyada çıxışı zamanı təşkilatın Nizamnaməsini portativ aparatla doğrayıb.

Axar.az xəbər verir ki, buna Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünün yenidən müzakirə edilməsi səbəb olub.

Gilad Erdan bildirib ki, Fələstinin BMT-yə qəbul olunmasına səs verən digər ölkələr dünya təşkilatının Nizamnaməsini param-parça edirlər:

“Siz dağıdıcı səsinizlə BMT Nizamnaməsinə belə yanaşırsınız. Siz BMT Nizamnaməsini öz əllərinizlə parça-parça edirsiniz”.

BMT Baş katibinin sözçünün müavini Farhan Haq Erdanın hərəkətləri ilə bağlı şərh verməkdən imtina edib, lakin İsrailin daimi nümayəndəsinin sənədin nüsxələrindən yalnız birini məhv etdiyini, BMT Nizamnaməsi və onun ideallarının toxunulmaz qaldığını qeyd edib.

Xatırladaq ki, mayın 10-da Baş Assambleya Fələstinin BMT-yə üzv olmaq hüququnu tanıyan və təşkilatdakı imkanlarını genişləndirən Təhlükəsizlik Şurasının qətnaməsini qəbul edib. Qətnamənin lehinə 143, əleyhinə 9 ölkə səs verib, 25 ölkə bitərəf qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
6
axar.az

7Mənbələr