AZ

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Beşinci hissə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakıdakı Rus evində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş konsert keçirilib.

Kulis.az xəbər verir ki, tədbir Azərbaycanın Rus Gəncləri Assosiasiyası və Bakıdakı Rus evi tərəfindən təşkil olunub, həmtəşkilatçı qismində isə gənc fəal, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Niyaz Əliyev çıxış edib.

Tədbirin əvvəlində Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov, Azərbaycanın Rus Gəncləri Assosiasiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Şamira Danilova, Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İdarə Heyətinin və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Niyaz Əliyev çıxış ediblər.

Tədbirdə “SanSara” Beynəlxalq gimnastika, akrobatika və rəqs Akademiyasının tələbələri, gənc şairlər Bayram Məhərrəmov, Aytən Həsənzadə, Olqa Şalayeva, Ləman Həsənova, Arzu Muradova, Arzu Manaflı, Renat İlyazov, Günatay Hüseynova, Türkan Bayramzadə, musiqiçilər Adil Muradov, Tağı Rza, Ləman Qulamova, Nihad Şıxəliyev, Əli Məhərrəmzadə, Murad Muradov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunları Nərgiz Məmmədova, Aminat Əhmədova, beynəlxalq müsabiqələr laureatı Ofeliya Dadaşova və Müslim Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının xor kapellasının artisti Fərhad Ələkbərov iştirak ediblər. Gecə fortepiano və tarda ifa olunan musiqi nömrələri ilə müşayiət olunub.

Konsertin aparıcıları qismində poeziya layihəsinin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Lalə Həsənova və Ayşən Nağıyeva çıxış ediblər.

Qeyd edək ki, tədbirdə, həmçinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev haqqında məruzə oxunub.

Seçilən
112
1

1Mənbələr

Şərh ()
Bağla