AZ

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə yüksəlib

Keniyada

Bakı, 11 may, AZƏRTAC

Keniyada martın ortalarından bəri yağan güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 267 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Keniya Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Məlumata görə, daha 188 nəfər xəsarət alıb, 75 nəfər isə itkin düşmüş hesab olunur. Bundan əlavə, 281 min 835 nəfər məcburi köçkün vəziyyətinə düşüb. Təbii fəlakət ümumilikdə 380,6 minə yaxın insana zərər vurub.

Daşqınlar nəticəsində, həmçinin 10 minədək mal-qara tələf olub, 41 min hektardan çox əkin sahəsi və onlarla yol zədələnib. Keniya Qırmızı Xaç Cəmiyyətinin məlumatına əsasən, 11 əyalətdə 900 müəssisə, 2 min məktəb binası və səhiyyə obyekti zərər görüb.

Ölkədə güclü yağışların davam edəcəyi, lakin yağıntının intensivliyin azalacağı proqnozlaşdırılır.

Keniya rəsmiləri və humanitar agentliklər əhalini su basmış ərazilərdən uzaqlaşmağa, güclü yağış zamanı avtomobil idarə etməməyə və digər təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
2
azertag.az

5Mənbələr