AZ

Tofiq Əkbərov: "Hepatit A və B viruslarına qarşı peyvənd mövcuddur"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Virus hepatitlərindən hepatit A, B və C daha çox yayılmışdır. Hepatit D və hepatit E virusları da mövcuddur.
 
Bu barədə Aztibb.az-a məlumat verən Diaqnoz Tibb Mərkəzinin baş həkimin müalicə işləri üzrə müavini, terapevt-hepatoloq Tofiq Əkbərov bildirib ki, hepatitlərdən ən təhlükəlisi hepatit C virusudur. Daha ciddi fəsadlara səbəb olur.
 
Onun sözlərinə görə, ABŞ-da hər il 16.000 insan məhz hepatit C səbəbindən dünyasını dəyişir. Hepatit C ilə yoluxan pasiyentlərin 85%-ində xəstəlik xroniki qaraciyər xəstəliyinə səbəb olur. Virus yavaş-yavaş inkişaf edir, lakin sonda qaraciyəri tükədir.
 
"Hepatit A və B virusları, həmçinin qaraciyər üçün təhlükəli ola bilər. Hepatit A kəskin qaraciyər xəstəliyinə səbəb olur, lakin bir neçə ay ərzində sağalır. Yüksək qızdırma tutmaları ilə müşahdə olunur, yetkin şəxslərdə uşaqlara nisbətən daha ağır keçir. Xroniki formaya keçmir. Hepatit B virusu isə 85% hallarda sağalır, 15% halda xronikləşir", - deyə Tofiq Əkbərov əlavə edib.
 
Həkim bildirib ki, hepatit D virusu özünü yalnız hepatit B-yə yoluxmuş orqanizmdə göstərə bilir. Hər 2 virusun birlikdə rast gəlməsi qaraciyərin çox ağır zədələnməsi ilə keçir. Profilaktik olaraq hər bir kəs hepatitlərə qarşı yoxlanmalıdır. Hepatit A və B viruslarına qarşı peyvənd mövcuddur.
Seçilən
51
1

1Mənbələr

Şərh ()
Bağla