AZ

“Sakartvelo Respublika” qəzeti Gürcüstan və Azərbaycan xalqlarının nümunəvi dostluğunda Heydər Əliyevin rolundan yazıb

Tbilisi, 11 may, AZƏRTAC

Gürcüstanın “Sakartvelo Respublika” qəzetində “Heydər Əliyev: Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyaya nümunədir” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalə Tbilisidə fəaliyyət göstərən “Alyans Gənclər Mərkəzi”nin “Milli-mənəvi irsimizin təbliği” layihəsi çərçivəsində işıq üzü görüb.

Məqalədə Azərbaycan-Gürcüstan dostluğunun tarixinə nəzər salınır, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqillik dövründə əlaqələrimizin daha da möhkəmləndiyi və inkişaf etdiyi qeyd olunur.

Bildirilir ki, gürcülərlə azərbaycanlılar arasında heç vaxt münaqişə, mübahisə, narazılıq olmaması xalqlarımızın ən böyük nailiyyətlərindəndir. Fenomen şəxsiyyət, gürcü xalqının da yaxın dostu olan Heydər Əliyevin də dediyi kimi, Gürcüstan və Azərbaycan xalqları arasında dostluq dünyada nümunədir.

Qlobal neft, qaz, nəqliyyat layihələrinin əhəmiyyətindən də söz açılan məqalədə bildirilir ki, bu layihələrin reallaşması ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və səmimi əməkdaşlığın bəhrəsidir.

Qeyd edilir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm siyasi xətt bütün konturları ilə Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.

Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövlətinin öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirməsi Heydər Əliyev siyasətinin ən parlaq təntənəsidir.

“Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan heç zaman olmadığı qədər güclü, qüdrətlidir və bugünkü müasir müstəqil, qalib Azərbaycan Ümummilli Lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır”, - deyə məqalədə vurğulanır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
azertag.az

1Mənbələr