Ermənistanın “Alyans” partiyasının sədri Tiqran Urixanyan Ermənistan tərəfinin tələbi ilə Rusiyada saxlanılıb. Yeniavaz.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Məlumata görə, Urixanyan Qukasyanın partiyasının siyahısı ilə İrəvan Ağsaqqallar Şurasının üzvü seçilib. Ona qarşı cinayət işi açılsa da, siyasətçi qaça bilib. Sonradan onun səlahiyyətlərinə xitam verilib. Qeyd edək ki, 2023-cü ilin sentyabrında Urixanyana qarşı ölkədə konstitusiya quruluşunun zorakılıqla devrilməsinə çağırış maddəsi ilə cinayət işi açılıb. Daha sonra Urixanyan sosial şəbəkələrdə insanları küçələrə çıxmağa çağıran video yayıb.