AZ

Son çempion ilk qələbəsini qazandı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

MBA-da pley-off seriyasının iki oyunu keçirilib.

“İndiana Peysers” seriyanın ilk ev oyununda “Nyu-York Niks”i 111:106 hesabı ilə məğlubiyyətə uğradıb. Bununla da komanda seriyada fərqi azaldıb – 1:2. Görüşün qəhrəmanları Halibörtonla Siakam olublar. Halibörtonun aktivində 35 , Siakamda isə 27 xal var. Seriyanın növbəti oyunu da İndianapolisdə olacaq.

Son çempion “Denver Naggets” Minnesota komandası ilə seriyada ilk qələbəsini qazanıb. Evdə ilk iki oyunda məğlubiyyətdən sonra denverlilər “Timbervulvs”u darmadağın ediblər – 117:90. Camal Mürrey və Nikola Yokiç hərəyə 24 xal toplayıblar. Bu qələbədən sonra seriyada hesab 2:1 Minnesota komandasının xeyrinədir. Növbəti oyun da onların meydançasında olacaq.

Seçilən
65
1

1Mənbələr

Şərh ()
Bağla