AZ

Türkiyə Şuşa və Xankəndidə konsulluq açır: Azərbaycanın iki qonşusu narahatdır

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı mayın 9-da jurnalistlərə açıqlamasında deyib ki, Xankəndidə konsulluğun açılması üçün şəhərin hazır olması lazımdır.
“Xankəndidə konsulluğun açılması üçün şəhərin hazır olması lazımdır. Biz Şuşada konsulluq açmaq üçün müraciət etmişdik. Bu məsələ ilə bağlı danışıqlar da iki dövlət arasında aparılır, dövlətimiz də bu məsələni dəyərləndirir, zamanı gələndə açılacaq", - səfir deyib.
Perspektivdə həm Şuşada, həm də Xankəndidə Türkiyə konsulluğunun açılması, əlbəttə, xüsusi əhəmiyyətlidir. Bu, hər şeydən əvvəl Bakı ilə Ankara arasında əlaqələrin daha da dərinləşməsi deməkdir. 
İkinci bir tərəfdən, bu, rəsmi Ankaranın artıq Qarabağda olması demək olacaq. Və Türkiyənin Cənubi Qafqazdakı mövqelərini daha da gücləndirəcək. 
 Rusiya və İran Türkiyənin bu addımına qısqanclıqla yanaşırlar. Odur ki, hər iki qonşu ölkə, yəqin ki, Türkiyənin Şuşa və Xankəndidə konsulluq açmasına mane olmağa çalışacaq. 
Yox, əgər Türkiyə Qarabağda konsulluq açarsa, onda Rusiya və İran da buna cəhd edəcək. Bu isə rəsmi Bakının maraqlarına cavab vermir. 
Bu baxımdan, Xankəndi və Şuşada konsulluğun açılması üçün ən doğru zamanı gözləmək lazımdır. Yəqin ki, Azərbaycan və Türkiyə arasında bu məsələ ilə bağlı məsləhətləşmələr bundan sonra da aktual olaraq qalacaq. 

Kənan Novruzov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
sherg.az

1Mənbələr