AZ

Ermənistan polisi İrəvanda yolu bağlayan etirazçıları saxlayıb - VİDEO

Ermənistanda keşiş Baqrat Qalstyanın çağırışı ilə baş nazir Nikol Paşinyanın siyasətinə etiraz edən əhali kütləvi itaətsizlik aksiyasına başlayıb.

APA-nın “news.am”a istinadən xəbərinə görə, küçələrə çıxan əhali əsas yolları bağlayıb.

Paytaxtda yerləşən “Qələbə” körpüsü, “Azatutyn” prospekti, eləcə də Tbilisi şossesində də hərəkət dayanıb. Polisin yolu açmaq cəhdləri uğursuzluqla nəticələnib. Bu tələbə məhəl qoymayan etirazçıları saxlamağa başlayıb.

Eçmiəzdində bu səbəbdən saxlanılan 6 nəfərin üzərindən silah-sursat aşkar edilib.

Bir qrup aksiya iştirakçısı isə 7 nömrəli məktəbin qarşısında baş nazir Nikol Paşinyanın gəlişini boykot etməyə çalışıb. Bir qədər sonra isə onlar polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
11
apa.az

10Mənbələr