AZ

Vətən Müharibəsi Şəhidinin xatirəsi anılıb

Naftalan Şəhər İcra Hakimiyyətinin əməkdaşları, “Azərbaycan“ qəzetinin bölgə müxbiri Sabir Əliyev Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Bəhruz Quliyevin doğum günü ərəfəsində şəhidin ailəsini ziyarət ediblər.

Görüş zamanı Şəhid Bəhruz Quliyevin şərəfli həyat yoluna bir daha nəzər salınıb, keçdiyi döyüş yolundan söhbət açılıb, xatirələrdən danışılıb. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış igidlərimizin şərəfli ömür yolunun gələcək nəsillərə nümunə olduğu vurğulanıb.

Görüş zamanı şəhidin ailəsinə “MEMORİAL Vətən müharibəsi şəhidləri” kitabı hədiyyə olunub .

Şəhidin ailə üzvləri onlara, eləcə də bütün şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Qazanılan tarixi Zəfərdə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
245
3
naftalan-ih.gov.az

4Mənbələr