AZ

Rustavidə Ulu öndərin xatirəsi yad edilib

Mayın 8-də Rustavi şəhər Təhsil və Mədəniyyət Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Mərkəzin rəhbəri Raidə Dərziyeva iştirakçılara ulu öndərin həyat və fəaliyyəti barədə dolğun məlumat vermişdir. Daha sonra Rustavi şəhər 18 saylı ictimai məktəbin Azərbaycan dili müəllimi Nurlana Məmmədova “Heydər Əliyev və dünya azərbaycançılığı” adlı məruzə ilə çıxış etmiş, onun çağdaş milli dünyagörüşümüzün formalaşmasındakı əvəzsiz rolundan danışmışdır.

Şair, ictimai xadim Rafiq Hümmət, gənc ictimaiyyətçi-pedaqoq Savalan Osmanlı Heydər Əliyevin Gürcüstan və bu ölkədə yaşayan soydaşlarımızın taleyindəki mühüm rolunu xüsusi vurğulayaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması yolunda zamanında izlədiyi uzaqgörən siyasəti qeyd ediblər. 

Tədbirin sonunda mərkəzdə təhsil alan bir çox şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Mayın 10-da isə Mərkəzin üzvləri, şagirdlər və valideynlər Rustavi şəhərindəki Heydər Əliyev parkında ulu öndərin abidəsi ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
4
xalqqazeti.az

6Mənbələr