AZ

Rusiyanın ixrac etdiyi arağın yarısını bu türk ölkəsi alıb

"RİA Novosti" açıq statistik məlumatlara əsasən hesablayıb ki, ötən il Qazaxıstan Rusiyadan ixrac edilən arağın yarısını alaraq, bu içkinin ən böyük idxalçısı kimi adını qoruyub saxlayıb.

Publika.az xəbər verir ki, ümumilikdə, ötən il Rusiya bu içkini xaricə 59,7 milyon dollara satıb, dəyər ifadəsində bu həcmin demək olar ki, yarısı (27,9 milyon dollar) Qazaxıstanın payına düşüb. Ölkə Rusiya arağının ən böyük idxalçıları siyahısında birinci yeri saxlayıb, lakin 2022-ci illə müqayisədə miqdar 26% azalıb.

Amma idxalın artması İsraili reytinqdə ikinci yerə çıxarıb - bir il əvvəl o, üçüncü yerdə idi. İl ərzində ölkə rus arağının alışını 42% - 12 milyon dollara qədər artırıb.

Üçüncü yerdə 4,5 milyon dollar istehlakla Ermənistan qərarlaşıb. Düzdür, il ərzində bu rəqəm üçdə bir azalıb. Dördüncü və beşinci yerləri Gürcüstan (3,9 milyon dollar) və Azərbaycan (3,5 milyon dollar) tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
5
publika.az

6Mənbələr