AZ

“Qarabağ”da ciddi itkilər var

style='margin-bottom:10px;'>

“Qarabağ”ın zədəli futbolçularının son durumuna aydınlıq gəlib.

Klubun mətbuat xidmətindən QOL.az-a verilən məlumata görə, Yassin Benzia və Andrey Lunyov “Zirə” ilə Misli Premyer Liqasının 34-cü turunun matçının hazırlığı zamanı zədələniblər. Əzələsini dartan fransalı yarımmüdafiəçi 10-14 gün müddətinə yaşıl meydanlardan kənar qalacaq. Onun Premyer Liqanın son turunda heyətə qayıtması gözlənilir. Lunyov isə 5-6 gün məşqlərə qatıla bilməyəcək. Onun 35-ci turda meydana dönməsi istisna edilmir.

Marko Veşoviç və Toral Bayramov 33-cü turun “Neftçi” ilə görüşündə xəsarət alıblar. Zədəsi daha ciddi olan monteneqrolunun mövsümü büşa vurmaq təhlükəsi var. Onun durumu ilə bağlı yekun qərar təkrar müayinələrdən sonra veriləcək. Qabırğasında çat olan Bayramovun müalicəsi isə uğurla yekunlaşıb. Onun “Zirə” ilə görüşə sifariş olunacağı gözlənilsə də, meydana çıxmağı məşqçilərin qərarından asılı olacaq.

Qeyd edək ki, bu gün keçiriləcək "Zirə" - "Qarabağ" oyunu saat 19:30-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
2
teleqraf.com

3Mənbələr